Niyaməddin Musayev saxlanılıb? – Özü danışdı

By Admin Haz17,2024

Mən polis tərəfindən saxlanılmamışam. O görüntünü çəkib yayan adam bilib-bilmədən xəbər yazıb.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Niyaməddin Musayev polislər tərəfindən saxlanılması xəbərinə aydınlıq gətirərkən deyib.

“Axşamlar dənizkənarı bulvar tərəfə idmana gedirəm. Əgər avtomobili yol kənarında saxlamış olsaydım, 20 manat cərimə yazılacaqdı. Mənim telefondan anlayışım olmadığına görə “Azparkinq”ə xəbər edə bilmədim ki, maşını orada saxladığım üçün qanunla 1-2 manat ödəniş edim. Yəni nahaq yerə cərimə olunmayım. Həmin an yolda polisləri görüb, vəziyyəti onlara izah edərək, mənə köməklik göstərmələrini xahiş etdim. Polislər də sağ olsunlar, telefonumu götürüb, mənim üçün icazə aldılar. Mən qanunlara riayət edən adamam”.

Xalq artisti videonu paylaşan şəxsi şiddətlə qınayıb:

  1. “Polislər mənə kömək edən zaman kimsə videonu çəkib yayıb. O qədər nadanlar var ki, heç nəyi araşdırmadan, bilmədən tez paylaşım edirlər”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?