İsrailin Baş naziri Binyamin Netanyahu bəzi Qərb müttəfiqlərini “HƏMAS-dakı yırtıcıları” unutmaqda və İsrail Müdafiə Qüvvələrinə qarşı saxta ittihamlar irəli sürməyə çalışmaqda ittiham edib.
“Report”un məlumatına görə, bu barədə “Financial Times” xəbər verib.
“Siz İsrailin HƏMAS canavarlarına qarşı özünü müdafiə etmək hüququnu bu qədər tez inkar edirsiniz?”, – o sualla müraciət edib.
Netanyahu əlavə edib ki, bu cür bəyanatlar verənlər Holokostdan sonra ən dəhşətli qətliamı unudublar. İsrailin baş naziri konkret adlar açıqlamayıb.
Onun fikrincə, seçkilərin keçirilməsində israrlı olan beynəlxalq ictimaiyyətin nümayəndələri “çox yaxşı başa düşürlər ki, onlar ölkəni altı ay iflic vəziyyətinə salacaq və əməliyyatın dayandırılmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, bundan əvvəl Fələstinin HƏMAS hərəkatının İsraillə münaqişənin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ölkələrə Qəzza zolağında atəşkəs təklifi göndərdiyi məlum olub.