ABŞ Dövlət Departamenti: Demarkasiya məsələsinə xüsusi diqqət yetiririk

By Admin Mar20,2024

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət verir.

 

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə köklənən sadəcə dövlət katibi Entoni Blinken deyil:

 

“Baxın, bu, xüsusi diqqət ayırmağa davam etdiyimiz məsələdir. Bu, sadəcə dövlət katibinin deyil, həm də dövlət katibinin köməkçisi O’Brayenin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen – red.), habelə baş müşavir Bononun (ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono – red.) müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə quraraq kökləndiyi məsələdir”.

 

“Lakin sizin üçün bundan başqa heç bir məlumatım yoxdur”, – Patel sual ünvanlamış jurnalistə deyərək yekunlaşdırıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?