“Neftçi” yeni transferini UEFA-ya sifariş edib

“Neftçi” yeni transferi Andre Şinyaşikini UEFA-ya sifariş edib.

 

Klubdan Metbuat.az-a verilən məlumata görə, braziliyalı hücumçunun adı Türkiyə “Beşiktaş”ı ilə keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 12-ci yarımmüdafiəçi, 2-si isə hücumçu kimi UEFA-ya təqdim edilib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?