Əsas Xəbərlər
13 Temmuz 2024

Nazir müavini: “Ermənistan Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır”

By Admin Eyl18,2023

“Ermənistan Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildir itkin düşən şəxslərlin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir: “Ailələrinin, qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var, lakin təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İnsanların qeyri-qanuni şəkildə girov götürülməsi insan hüquqlarına ziddir. Təəssüf ki, bütün bunlara baxmayaraq, son illərdə dünyada itkin düşən şəxslərin sayı artaraq 200 min nəfərə çatıb”.

F.Rzayev bildirib ki, mina problemi də insan hüquqlarının pozulmasıdır və bu məsələdə də ölkələr arasında məlumat mübadiləsi aparılmalıdır: “Azərbaycan BMT-nin itkin düşən şəxslərlə bağlı konvensiyasına qoşulub və bu sahədə böyük işlər görülür. Hesab edirik ki, BMT-nin itkin düşən şəxslərlə bağlı atacağı addımlar bu işlərdə səmərəli irəliləyişin əldə edilməsi üçün vacibdir”

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?