Naxçıvanda məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq icmaəsaslı qruplara cəlb edilib

By Admin Haz22,2024

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində 10 nömrəli tam orta məktəbdə yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti ilə tanış olub.

“Report”un yerli bürosu xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qalib layihədən 4-ü Naxçıvan məktəblərinə məxsusdur.

Qalib layihələr çərçivəsində Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 2 nömrəli, Ordubad rayonu Dəstə kənd və Culfa rayonu Saltaq kənd tam orta məktəblərində icmaəsaslı qruplar yaradılıb və məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq bu qruplara cəlb edilib.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, daha 7 məktəbdə icmaəsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub – Fotolar

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?