NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçünTürkiyəyə gedəcək

By Admin Haz 3, 2023

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.

Sonxeber.az xəbər verir ki, NATO-nun bəyanatına görə Stoltenberq 3-4 iyun tarixlərində Ankaraya səfər edəcək.

İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq prezident Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Stoltenberq dünən verdiyi açıqlamada İsveçin NATO-ya üzvlüyü ilə bağlı dialoqu Türkiyədə keçirilən seçkilərdən sonra yenidən başlamaq istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?