Naftalanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikanın bütün bölgələrində olduğu kimi, Naftalanda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan hərbçilərin ailələrinə, qazilərə diqqət və qayğı göstərilir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, digər məsul şəxslər Vətən müharibəsində şəhid olan naftalanlı şəhidlərin ailələrini ziyarət ediblər. Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı qeyd olunaraq, yüksək döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib. Həmçinin Azərbaycan Ordusu tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror tədbirlərində qazanılan uğurlardan söhbət açılıb.

 

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?