Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan üç nəfərdə 2 kq narkotik vasitə aşkarlanı

0

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt sakini əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyənləşdirilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

Bir yanıt yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WP Popup
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?