Mer: “Liviyadakı daşqınlar nəticəsində ölənlərin sayı 20 minə çata bilər”

0

“Liviyanın Derna şəhərindəki güclü daşqınlar nəticəsində ölənlərin sayı 20 minə qədər çata bilər”.

“Report” xəbər verir ki, bunu şəhər meri Abdulmenam Al-Ghaithi bu gün yerli “Əl-Ərəbiyyə TV”-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, dağıntılar belə qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət nəticəsində 8 min nəfər ölüb. Həlak olanların sayının artacağı istisna edilmir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?