“Liviyanın Derna şəhərindəki güclü daşqınlar nəticəsində ölənlərin sayı 20 minə qədər çata bilər”.
“Report” xəbər verir ki, bunu şəhər meri Abdulmenam Al-Ghaithi bu gün yerli “Əl-Ərəbiyyə TV”-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, dağıntılar belə qənaətə gəlməyə əsas verir.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət nəticəsində 8 min nəfər ölüb. Həlak olanların sayının artacağı istisna edilmir.