Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırılıb

Masallıda toyuq kəsim sexinin işi məhdudlaşdırılıb.

 

Bu barədə “Report”un cənub bürosuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara bölməsindən məlumat verilib.

 

Daxil olan şikayət əsasında Masallı rayon sakini, fiziki şəxs Feyziyev Mirramil Mirhüseyn oğluna məxsus toyuq kəsim sexinə baxış keçirilib. Baxış zamanı sexdə sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

Bundan əlavə, kəsilmiş toyuq məhsullarından nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?