Marsda həyat forması üçün yeni münbit şərait izləri aşkar edilib

Alimlərin vermiş olduqları yeni məlumata əsasən Marsda fəaliyyət göstərən Curiosity aparatı uzaq keçmişdə planetdə mövsümi sel daşqınlarının olduqlarına işarə edən izləri aşkar edib. Bu cür proses isə bioloji həyat növünün formalaşmasına istiqamətlənmiş münbit şəraitin yaranmasına səbəb olan proseslərdəndir. Müasir alimlərin əksəriyyəti düşünür ki, uzaq keçmişdə Marsda həqiqətən də su mövcud olub. Lakin Marsda suyun hansı vəziyyətdə olması mövzusunda alimlər arasında fikir ayrılığı yaranır. Alimlərin bir hissəsi düşünür ki, uzaq keçmişdə Marsda göllər və okeanlar mövcud olub, digər hissəsi isə düşünür ki, planetdə buz çöküntüləri olub və planetin səthində suya maye şəklində nadir hallarda rast gəlinib.

    Marsın müxtəlif regionlarında müxtəlif dövrlər üçün bu hər iki fərziyyə həqiqəti əks etdirə bilər. Alimlərin təqdim etmiş olduqları yeni məlumatlarda uzaq keçmişdə Marsın minimum bir regionunda mövsümi sel daşqınlarının olduqları qeyd edilib. Bu cür proseslər bioloji həyat növünün yaranması üçün lazım olan molekulların təbii yolla formalaşmasında helledici rol oynamış ola bilərlər. Digər tərəfdən lazımi molekulların olması bioloji həyat növünün inkişafı üçün mühüm olan şərtlərin dəqiq şəkildə mövcudluqları demək deyil. Məlumatda qeyd edilib ki, Mars səthində fəaliyyət göstərən Curiosity aparatı bir neçə sm enə və təqribi olaraq 10 sm dərinliyə sahib 6 bucaq formalı daş çöküntülərini aşkar edib. Bu cür çöküntülər Marsda palçığın qurumusı hesabına formalaşıblar.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?