Maestro Niyazinin anadan olmasının 111-ci ildönümü qeyd olunacaq

By Admin Ağu 19, 2023

Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin (1912-1984) anadan olmasının 111-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiətində solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış edəcəklər.

Proqramda Niyazinin “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı (Niyazinin işləməsində) və “Konsert” valsı səsləndiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?