Əsas Xəbərlər
13 Temmuz 2024

Məşhurların ölüm anındakı SON SÖZLƏRİ

By Admin Mar9,2024

Elə bir insan tapmaq olmaz ki, o, həyatı boyu bircə dəfə də olsun ağlına bu sualı gətirməyib: “Görəsən öldüyüm zaman son sözlərim nə olacaq?” Lakin bu sualın cavabını bilmək yaşadığı müddətdə heç kəsə nəsib olmayıb. İnsan yalnız başqasının ölümqabağı dediklərinin şahidi ola bilər. Elə isə məşhur insanların ölüm anındakı son sözlərinə nəzər salmaq maraqlı olar.

 

Anatol Frans, Vaslav Nijinskiy, Cüzeppe Haribaldi və Bayron ölüm anında eyni sözləri deyiblər: “Ana!”

 

Kraliça Anna Mariya Antuanetta ölüm qabağı tamamilə soyuqqanlı olub. O, edam kürsüsünə qalxan zaman kənara çəkilərkən bilmədən cəlladın ayağının üstünə çıxmış və demişdir: “Üzr istəyirəm, müsyö, bu, təsadüfən baş verdi”.

 

Knyaz Mixail Romanov edamdan əvvəl çəkmələrini cəlladlara verərək demişdir: “Uşaqlar, istifadə edərsiniz, nə də olsa, çar çəkmələridir!”

 

Bəstəkar Edvard Qriqin vida sözləri: “Əgər bu qaçılmazdırsa, nə etmək olar…”

 

Şotlandiyalı tarixçi Tomas Karleyl ölərkən sakit halda belə deyib: “Deməli, ölüm belə imiş”

 

Osmanlı sultanlarından Qanuni Sultan Süleyman vəfat etməyinə az vaxt qalmış insanların ibrət dərsi götürməli olduğu aşağıdakı etirafı edib: “Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, padşah olan Süleyman bu dünyadan əliboş gedir”.

 

Rus yazıçısı Anton Çexov bu qeyri-adi cümlə ilə son nəfəsini verib: “Uzun zamandır şampan içməmişdim”.

 

Onere de Balzak son nəfəsində nağıllarının birinin qəhrəmanı həkim Bianşonu xatırlayaraq deyib: “O, məni xilas edə bilərdi…”

 

Məşhur rəssam Leonardo Da Vinçi ölüm ayağında belə deyib: “Mən Allahı və insanları təhqir etmişəm! Mənim əsərlərim mənim istədiyim yüksəkliyə yetişmədi!”

 

Əksəriyyət insan vəfat edərkən uzaqdan ağ bir işığa doğru getdiyini söyləsə də, fransız yazıçısı Viktor Hüqo ömrünün son anlarında sanki bunun tərsini yaşayaraq deyib: “Qara bir işıq görürəm”.

 

Prussiya kralı I Fridrix ölərkən keşiş onun yatağı başında dualar oxuyub, “Bu dünyaya necə gəlmişəm, eləcə də gedəcəyəm” sözlərini söyləyərkən Fridrix onun əlini itələyərək ucadan belə deyib: “Məni çılpaq dəfn etməyin, nə də ki, parad paltarında!”

 

Rus yazıçısı Nikolay Qoqol vəfat edərkən görünür sayıqladığından belə deyib: “Bir nərdivan, təcili bir nərdivan gətirin”.

 

Amerika yazıçısı O.Henri bəlkə də öldüyünün fərqinə belə varmadan bildirib: “Yandırın işıqları. Evə qaranlıqda getmək istəmirəm”.

 

Roma imperatoru Neron ölümqabağı qışqıraraq deyib: “Hansı dahi artist ölür!”

 

“Söylənmiş fikir yalandır” ifadəsinin müəllifi Feodor Tütçevin son sözləri belə olub: “Fikri çatdırmaq üçün söz tapmaq necə də ağrılıdır”.

 

Henrix İbsen bir neçə il iflic vəziyyətində yatdıqdan sonra ölümünə az qalmış bu sözləri söyləyib: “Əksinə olsaydı, ölümlə üzləşərdim”.

 

Rus yazıçısı Puşkin bu etirafı edib: “Həyat bitdi, nəfəsim kəsilir. Nəsə əzir məni”.

 

Nadejda Mandelştam ölüm anında öz baxıcısına belə deyib: “Sən heç də qorxma”.

 

Pablo Pikassonun sonuncu sözü “eks-bitlsçi” Pol Makkartnini o qədər cuşa gətirmişdi ki, o, ən məşhur mahnılarının birində bu sözləri sitat kimi gətirmişdi: “Mənim üçün, mənim sağlığım üçün için, axı mənim bir daha içə bilməyəcəyimi siz bilirsiniz!..”

 

22 avqust 1883-cü ildə Paris ətrafı Bujivalda vəfat edən İvan Sergeyeviç Turgenyevin son sözləri çox qəribə olmuşdur: “Mənim əzizlərim, əlvida, mənim ağımtıllarım…”

 

Filosof İmmanuel Kant ölümqabağı aşağıdakı ifadəni işlətmişdir: “Das ist gut” (mənası belədir: “Bu yaxşıdır”).

 

Sağlığında “Zarafatlarımın hamısı həqiqəti söyləməkdir. Dünyada bundan daha gülməli zarafat olacağını düşünmürəm” deyən Britaniya yazıçısı və dramaturqu Bernard Şou bu yumoristik cavabla həyata vida edib: “Məni bir antik əşya kimi saxlamağa çalışırsınız, amma işim bitdi, öləcəyəm”.

 

“Ölümün gücü çatmadığı yeganə şey sənət əsəridir” fikrinin müəllifi ingilis yazıçısı Oskar Uayld isə vəfat edərkən bu gülməli sözləri dilinə gətirib: “Ya divar kağızı gedir, ya da mən”.

 

Lev Talstoyun son sözləri haqda müxtəlif fikirlər səsləndirilir. Bir versiyaya görə o, son olaraq “Həqiqəti sevirəm!” demiş, başqa bir versiyaya görə isə “Anlaya bilmirəm” söyləmişdir.

 

Dahi alman bəstəkarı Lüdviq van Bethovenin son sözlərinə gəlincə, o, deyib: “Komediya bitdi”.

 

Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim Namiq Kamalın son sözləri fəlsəfi baxımdan daha düşündürücüdür: “Bir az istirahət edim”.

 

Fransız yazıçısı Simon de Bovuarın ölərkən xəyalından keçənlər həqiqətən çox maraqlıdır. Çünki onun son sözləri belə olub: “Lənətə gəlsin, bu labirintdən necə çıxacağam”.

 

Mövlanə Cəlaləddin Rumi özünə yaraşar bir kəlamla həyatdan köç edib: “Rəbbimiz məni öz hüzuruna çağırır, artıq getmək vaxtıdır. Ya Əzrayıl, tez ol, məni rəbbimə tez qovuşdur”.

 

Albert Eynşteynin son sözləri məlum deyil, buna səbəb isə xidmətçinin alman dilini bilməməsi olmuşdur.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?