Əsas Xəbərlər
13 Temmuz 2024

Məktəblilərin “yol pulu” dövlət tərəfindən qarşılana bilər? – AÇIQLAMA

By Admin Oca9,2024

“İlk növbədə qeyd edim ki, dərsliklər pulsuz şəkildə verilir, dövlət tərəfindən onsuz da kifayət qədər xidmət haqları ödənilir. Bütün bu xidmətlərin yanında günün müəyyən saatlarında şagirdlərin nəqliyyatdan pulsuz istifadə etməsi təmin edilə bilər. Bu gün Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1, 6 milyon şagird təhsil alır. Onların hamısı nəqliyyatdan istifadə etmir. Məsələn, Bakı şəhərində 420 məktəbdə 470 minə yaxın şagird var. Onlardan nəqliyyatdan istifadə edənlərin sayı 30 mini keçmir.Hesab edirəm ki, şagirdlərin ictimai nəqliyyatdan, xüsusilə, metrodan, Nəqliyyat Nazirliyinə tabe olan nəqliyyat daşıyıcılarından pulsuz istifadə etməsi mümkündür. Dünyada da bu təcrübə var, qardaş Türkiyədə də bununla bağlı tələbələrə xüsusi kartlar verilib”.

 

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, bildirib ki, sui-istifadə hallarını azaltmaqdan ötrü bunu sadəcə müəyyən vaxtlar üçün tətbiq etmək lazımdır: “Fikrimcə, bu, təhsilin əlçatanlılığına, ya da insanların sosial vəziyyətinə müsbət təsir göstərər.Bildiyimiz kimi, hazırda ictimai nəqliyyat özəl sektordur. Əgər onların maddi cəhətdən vəziyyətləri yaxşı olsa, stimullaşdırıcı məsələlər olsa, onda Tarif (qiymət) Şurasına müraciət edə bilərlər. Yalnız bu halda müəyyən güzəştlər ola bilər. Amma birdən-birə 100 minlərlə tələbənin ictimai nəqliyyatdan istifadə etməsi ictimai nəqliyyat sektoruna böyük ziyan verə bilər”.

 

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, dünyanın bir çox ölkələrində məktəbli və tələbələrin nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir:

 

“Məsələn, Baltikyanı ölkələrdə orta məktəb uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə edir. Eyni zamanda Avropa Birliyi ölkələrində, o cümlədən Macarıstanda tələbələrə avtobus və metro üçün güzəştli kart verilir. Estoniyanın 15 regionundan 11-də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Qonşu Türkiyədə isə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər nəzərdə tutulur. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilir. Fiziki məhdudiyyətli insanlar, qazilər və şəhid yaxınları ictimai nəqliyyatdan pulsuz istifadə edir”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?