Məktəblərdə “gündəlik”lər LƏĞV OLUNA BİLƏR – AÇIQLAMA

By Admin Haz21,2024

Məktəblərdə şagirdin summativ və formativ qiymətləndirməsinin nəticələri onun “məktəbli kitabçası”na yazılır. Belə ki, şagirdin formal olaraq hazırlığı və qiymətləndirmələri “gündəlik” olaraq adlandırdığımız bu kitabçalar ilə valideynlərə çatdırılır. Keçmiş dövrlərə nəzər salsaq, qiymətləndirmələr rəqəmlər iə ifadə olunurdu. Amma artıq kurikulum təhsil sistemi tətbiq edildiyi vaxtdan qiymətlər sözlər ilə ifadə olunur.

Bir çox ekspertlər bu kitabçaları lazımsız olaraq görür. Artıq dünyanın qabaqcıl ölkələrində təhsil olan baxış və məzmun dəyişib. Belə olan təqdirdə məktəblərdə “gündəlik”lər ləğv oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, dünyada bu gün təhsilə baxış dəyişib. Bu günləri qiymətləndirmə amili, məktəbli kitabçaları və dərsliklərə baxış tamamilə fərqlidir:
Məktəblərdə "gündəlik"lər LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA“Bunlar hazırda klassik yanaşmalardır. Standart qiymətləndirmə və onların əks olunduğu məktəbli kitabçaları, qiymətləndirmənin elektronlaşdırılması klassik baxışdır. İlk olaraq sualı özümüzə verək. Bu gün məktəbli kitabçaları lazımdırmı və yaxud onların funksiyası nədir? Təhsilin ana funksiyası və missiyası bunu qavramır. Bu söhbət təhsilin fəlsəfəsi və gücü üçün o qədər vacib məsələlər deyil”.

Ekspertin sözlərinə görə, bu gün elə bir təhsil və məktəb formalaşmalıdır ki, onun nəzəriyyəsində yaxud uşağa münasibətində məktəbli kitabçası kimi amil ümumiyyətlə olmamalıdır:

  1. “Gündəliklərin ləğv olunması və elektronlaşdırılması sadəcə olaraq format dəyişikliyi olacaq. Təhsilin məzmunu eynilə qalır. Bu gün kağız üzərində yazılan qiymətlər sənəd üzərindən yazılacaq. Bu gün əsas odur ki, məzmun dəyişsin. Təhsilin məzmununda dəyişiklik getməlidir. Məktəbli kitabçasını kağızdan elektrona çevirməklə hər hansı bir məzmun dəyişikliyinə əl atmırıq. Bunu əsas düşünmək lazımdır. Əfsuslar olsun ki, dəyişikliklərin çoxu forma ilə bağlıdır. Ümidvarıq ki, məzmun ilə bağlı dəyişiklik nə vaxtsa olacaq”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?