“Love City” yanan bəzəklərlə yenə işləyir – FHN fəaliyyətini dayandırmışdı

Xəbər verdiyimiz kimi, mart ayının 19-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesinin fəaliyyətinin dayandırılması barədə məlumat yayıb.

 

Qaynarinfo-ya daxil olan məlumata görə, yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyəti dayandırılan “Love City” nöqsanlar aradan qaldırılmadan yenidən işə başlayıb.

 

Sözügedən kafedə “Love City”in sahibi Əzizbəy Qasımovun doğum günüdə qeyd edilib.

 

Hazırda isə obyektin sosial şəbəkə səhifələrində “Love City”yə müştərilər dəvət edilir. Halbuki obyektin tavan, divar və pilləkən qəfəsinin bərkidilməsi üçün mənşəyi bilinməyən yanan materiallardan ibarət bəzək üzlüklərindən istifadə olunması ilə bağlı FHN məlumat yayımışdı. Kafenin həmin bəzək üzlüklər yığışdırılmadan fəaliyyət göstərməsi isə hər kəsdə sual doğurub. Sosial şəbəkə istifadəçiləri də eyni sualları ünvanlayıblar.

 

Məsələ ilə bağlı “Love City” ilə əlaqə saxladıq. Sözügedən kafenin Bakının iki ünvanında fəaliyyət göstərdiyinin təsdiqlədilər.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?