Erməni deputat: İkinci Qarabağ müharibəsindən sonra diz çökmüşdük

By Admin Nis3,2024

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası nüfuzunu itirdi, bir növ öldü.

 

“Report” “Hraparak”a istinadən xəbər verir ki, bunu ölkə parlamentində siyasi təşkilatı təmsil edən deputat Ovik Ağazaryan deyib.

 

“Biz diz çökmüşdük. Amma bizə dedilər ki, qalxın, düz yoldasınız. Ona görə də müharibədən sonra “Mülki Müqavilə” Partiyası ölüb-dirildi”, – o söyləyib.

 

Deputatın sözlərinə görə, müharibə və qurbanların verilməsi doğru yol deyil.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 9-da Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə başa çatıb. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?