Küləkli hava ilə bağlı əhaliyə çağırış

By Admin Nis4,2024

“Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürəcək”.

Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin arabir 30-35 metr/saniyəyə çatacağı gözlənilir:

“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də azyaşlıların nəzarətsiz buraxılması məsləhət deyil.

Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir”.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?