Komissiya: Söyüdlüdə monitorinqlər davam etdirilir

By Admin Haz24,2023

Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.

Komissiyadan APA-ya verilən xəbərə görə, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir. Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?