Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırır

Kolumbiyanın məşhur “Atlantik” radiosunun internet səhifəsində “Ermənistan-Azərbaycan, Qarabağ müharibəsinin digər üzü” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə kolumbiyalı jurnalist Paola Varqas ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu vəhşiliklərdən söhbət açır, məqsədinin “Azərbaycanın üzləşdiyi barbarlığı” oxucuların diqqətinə çatdırmaq olduğunu bildirir.

Jurnalist qeyd edir ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağda törədilən ağlasığmaz vəhşiliklərin izləri hələ də qalır. Viran qoyulmuş, dağıdılmış və minalarla çirkləndirilmiş bu ərazilərin yenidən qurulması və bərpası kifayət qədər vaxt tələb edir.

P.Varqas erməni işğalından öncə dinamik həyata və sosial-iqtisadi inkişafa malik Azərbaycan şəhərlərinin xarabalığa, “kabus şəhər”ə çevrilməsindən dəhşətə gəldiyini, Gəncə şəhərində yaşayış məntəqəsinə raketlərlə hücumun həyata keçirildiyi yerdə gördüklərinin onu daha da hiddətləndirdiyini vurğulayaraq qeyd edib: “Ermənistanın günahsız insanlara hücum etməkdə məqsədi nə idi? Niyə beynəlxalq kütləvi informasiya vasitələrində bu həqiqətlərdən danışılmır?”.

Kolumbiyalı jurnalist işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin silinməz izləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin də şahidi olduğunu yazır, uğurla və sürətlə davam etdirilən tikinti-abadlıq işlərinin, iri layihələrin bu ərazilərə tezliklə həyatın qayıdacağını deməyə əsas verdiyini bildirir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdən sitatlara yer verilir və Qarabağın erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları hesab olunacaqları, təhlükəsizlik zəmanətinə malik olacaqları, eləcə də Azərbaycanın sülhün tərəfdarı olduğu və Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatlarının yolverilməzliyi vurğulanır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?