KİV: Amerikanın F-16 qırıcısı Sarı dəniz üzərində qəzaya uğrayıb

Amerikaya məxsus F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

“Report”un məlumatına görə, bu barədə “Yonhap” agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, pilot katapulta vasitəsilə xilas olub.

 

Hərbçi daha sonra huşunu itirmiş vəziyyətdə tapılıb. “Çosun İlbo” qəzetinin məlumatına görə, pilot sahil mühafizəsi tərəfindən xilas edilib.

 

Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?