Keçmiş məcburi köçkünlərin müavinəti kimlərə VERİLƏCƏK? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il müddətinə dayandırılacaq. Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir. Bəs keçmiş məcburi köçkünlərə verilən müavinət kimlərə veriləcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Sonxeber.az-a açıqlama verib:

 

“Ümumiyyətlə keçmiş məcburi köçkünlər üçün illərdir verilən müavinətlər kifayət qədər böyük bir məbləğdir. Nəzərə alsaq ki, bizim 1 milyona yaxın köçkünümüz var idi. Onların hərəsinə ayda 60 manat müavinət verilirdi. Hazırda bu il ərzində 50 milyona yaxın vəsait edir. Düşünürəm ki, bu vəsait sözsüz ki, həm İkinci Qarabağ müharibəsində şəhid olan ailələrin üzvlərinə, əlillik dərəcəsi olan qazilərimizə verilə bilər. O cümlədən digər sosial istiqamətlər üzrə xərcləmə bilər. Digər tərəfdən düşünürəm ki, bu vəsaitlər Qarabağın bərpasına yönəldilməlidir. Qeyd etdiyimiz kimi bu yarım milyarda yaxın vəsait edir. Bu baxımdan əlbəttə ki, sosial xərclərə və Qarabağın bərpə quruculuq işlərinə xərclənməlidir. Eyni zamanda yeni iş yerlərinin, müəssisələrinin açılmasında belə istifadə oluna bilər”.

 

Qeyd edək ki, bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb. Müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?