Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

By Admin Eyl27,2023

Birinci Qarabağ müharibəsində – 1992-1994-cü illərdə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Çətin şəraitdə Ağdərə Ağdam, Füzuli istiqamətlərində döyüşmüşəm. Silah-sursat təchizatımızın zəifliyi, ordu quruculuğunun olmaması səbəbindən döyüşdə məğlub olduq demirəm, sadəcə mübarizəmiz yarımçıq qaldı. Çünki qeyri-bərabər döyüşlər gedirdi. Mərd oğullar sayəsində uğurlu əməliyyatlar da keçirdik ki, onlardan biri Horadiz əməliyyatı idi. Həmin döyüşdə çox şəhid verdik. Onlardan biri dostum Valeh Ələkbərov idi. Bu illər ərzində onun qisası məni narahat edirdi. Tarixin qanlı səhifəsini kitablardan oxuyaraq yetişən nəsil, müharibənin odu-alovu içində böyüyən körpələr, analarının qucağında dünyadan bixəbər, öz yurdundan didərgin düşən uşaqlar tank belində o torpaqlara qayıtdılar. Onların cəsarəti, qorxmazlığı sayəsində əldə edilən Qələbə nəinki bizi qürurlandırdı, ürəyimizdəki nisgili, narahatlığı da aradan qaldırdı.

 

Bunu AZƏRTAC-a müsahibəsində İkinci Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edən Birinci Qarabağ müharibəsi qazisi İsmayıl Veysov deyib.

 

Ordumuzun son antiterror tədbirlərindən də bəhs edən keçmiş döyüşçü bildirib: “Bütün Ağdərə boyu döyüşmüşəm. Son antiterror tədbirlərindən sonra Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir. Əslən Qərbi Azərbaycandan, qədim İrəvan şəhərindənəm. 1988-ci ildə doğma yurdumdan didərgin düşmüşəm. Dövlətimizin siyasəti onu deməyə əsas verir ki, nəinki Qarabağ və Şərqi Zəngəzura, İrəvana, Göyçəyə də qayıdacağıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah Ordumuzu qorusun”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?