Əsas Xəbərlər
13 Temmuz 2024

Kapsul formasında udula bilən parfüm istehsal edildi

By Admin Şub28,2024

Türkiyənin Edirne şəhərində bir ilk yaşanıb.

 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Trakya Universitetinin professoru Gülşah Gedik güllərdən kapsul formasında udula bilən parfüm hazırlayıb.

 

O bildirib ki, bu dərmanla ağızdakı sarımsaq və digər xoşagəlməz qoxuları birdəfəlik aradan qaldırmaq mümkün olacaq:

 

“Bunu ağızdakı sarımsaq qoxusunu aradan qaldırmaq üçün hazırladıq. Gündəlik 4 kapsul istifadə etməklə bunun qarşısı alınacaq və hər kəs gözəl ağız qoxusuna sahib ola biləcək. Burada məqsədimiz həm də tualetlərin gözəl qoxmasıdır”.

 

Bu yenilikdən sonra Trakyada yetişdirilən güllərin bölgədə daha da çoxaldılmasına başlanılıb.

 

Professor qeyd edib ki, o universitetdən bir neçə əməkdaşla Bolqarıstana gedib. Orada gül aroması ilə şəkərin qarışığından başqa dərmanlar hazırlandığını görüb. Parfüm kapsullarını hazırlamaq ideyası buradan yaranıb.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?