Kamil Zeynallı həbs edildi!!!

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.

bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

Bu məsələ ilə bağlı müğənni Gülay Zeynallıda paylaşım edib. O, Ölkə başçısına müraciət edərək, yardım istəyib:

“İnşallah, bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm”.

Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib:

“May ayından məni axtarışa veriblər”.

İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Ermənistan Baş Prokurorluğundan “Sputnik”ə bildirsədə onlarda Kamil Zeynallının saxlanılması ilə bağlı məlumat yoxdur.Daha donra məlum olubki ,

Ermənistan Kamil bəyi Cinayət məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham edir. Həmin maddələrdə qanunsuz yaşayış yerinə girmək, böhtan kimi ittihamlar qeyd olunub. Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb.

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.

“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, – xəbərdə iddia olunur.

Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb.

Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?