Əsas Xəbərlər
13 Temmuz 2024

Joau Moutinyu: Nə qələbəyə, nə də heç-heçəyə layiq idik

By Admin Şub16,2024

Nə qələbəyə, nə də heç-heçəyə layiq idik.

 

“Report” xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Joau Moutinyu “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

 

37 yaşlı yarımmüdafiəçi zəif çıxış etdiklərini etiraf edib: “Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Başda mən olmaqla, hər kəs daha çoxunu etməlidir. Təkcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik. Əlimizdən gələni etməli və həmişə 100 faiz gücümüzü ortaya qoymalıyıq. Bütün oyunlar son dərəcə çətindir. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidir”.

 

Portuqaliya millisinin üzvü son dəqiqələrdə ikinci qolu vurmağın onları ümidləndirdiyini söyləyib: “Bilirdik ki, oyun 1:4 bitsə, hər şey çox çətin olacaq. İstənilən halda, vəziyyət indi də çətindir. İkinci qol, sadəcə, ümid yaratdı. Lakin geridönüş üçün səfərdə daha çoxunu etməliyik. “Qarabağ” Avropa Liqasında çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?