“Jirona”nın baş məşqçisi “Barselona” üzərində qələbəni şərh edib: “Xoşbəxtik”

By Admin Ara11,2023

İspaniyanın futbol klubu “Jirona”nın baş məşqçisi Mişel komandasının “Barselona” ilə oyunda (4:2) qələbəsini şərh edib.

 

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

 

“Biz xoşbəxtik. Bu möhtəşəm “Barselona”dır. İlk hissədə onların üstünlüyü ilə bağlı qaldıq, lakin fasilədən sonra topa yaxşı nəzarət etdik. Onların da, bizim də şanslarımız oldu, amma biz daha dəqiq idik. Oyunun tempi çox yüksək idi, bizim üçün çətin idi, amma əhval-ruhiyyəmiz çox yaxşı idi.

 

La Liqada 100-cü oyunumu keçirdiyim və “Barselona” üzərində ilk qələbəmi qazandığım üçün çox şadam. Xüsusilə birinci hissədə böyük çətinliklər gözləyirdik, amma komandamın ruhu var – inanırıq ki, biz çox şeyə qadirik. İlk məqsəd özümüzü aşağı liqaya düşməkdən qorumaqdır. İndi biz Avropada oynamaq istəyirik və mümkün olan hər şeyi etməyə çalışacağıq”, – Mişel deyib.

 

Qeyd edək ki, futbol üzrə İspaniya çempionatında 16-cı turun növbəti oyununda “Barselona” bu mövsüm inamlı mübarizə aparan “Jirona”nı qəbul edib. Ümumilikdə altı qolun vurulduğu matçda qonaqlar 4:2 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin heyətində Robert Levandovski ilə İlkay Gündoğan, “Jirona”da isə qolların müəllifləri Artem Dovbik, Migel Qutierres, Valeri Fernandes və Kristian Stuani olub.

 

Bu qələbədən sonra “Jirona” turnir cədvəlində 41 xalla liderdir. “Real” 39 xalla ikinci, bir oyun az keçirən “Atletiko” 34 xalla üçüncü və eyni xala sahib “Barselona” dördüncüdür.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?