İtaliyadakı Etna vulkanı yenidən aktivləşib

0

Siciliya adasında hündürlüyü təxminən 3330 metr olan Etna vulkanı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.

 

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürdüyü külün təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.

 

İtaliya mətbuatında yer alan xəbərlərdə Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd olunub.

 

Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də kül və toz dumanı yayılıb.

 

Qeyd edək ki, Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WordPress PopUp Plugin
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?