İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

21.11.2023 [08:10]

A+ A-

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Roma, 21 noyabr, AZƏRTAC

 

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

 

AZƏRTAC xəbər verir ki, miqrantlar İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onların bəziləri isə üzərək sahilə çıxıb. Hadisə nəticəsində bir azyaşlı ölüb, azı 8 nəfər itkin düşüb.

 

Qayığın Tunisin Sfakes şəhərindən 53 nəfərlə yola düşdüyü bildirilir.

 

Qeyd edək ki, İtaliya son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ilin əvvəlindən bəri İtaliyaya dəniz yolu ilə 149,7 min miqrant gəlib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?