İsveçdə hər on əczaxanadan biri bağlanma təhlükəsi ilə üzləşə bilər

İnflyasiya, qiymət artımı və zəif kron İsveç əczaxanalarına güclü mənfi təsir edir.

 

AZƏRTAC xəbər verir ki, Stomatoloji yardım və əczaçılıq imtiyazları Agentliyinin qiymətləndirmələrinə görə, itkilərə məruz qalan və ya az mənfəət əldə edən 161 əczaxananın bağlanmaq məcburiyyətində qaldığı təqdirdə 850 min isveçli zərər çəkə bilər. Agentlik martın 1-dən əczaxanaların ticarət marjasını 658 milyon artırmağı təklif edib.

 

Jurnalistlərin bütün ölkə üzrə əczaxanalara çıxışı necə təmin etmək sualına səhiyyə naziri Ako Ankarberg Yohansson cavab verib ki, hökumət və digər səlahiyyətli orqanlar bu məsələni diqqət mərkəzində saxlayır. O, həmçinin müəyyən meyarlar üzrə ərizənin verilə biləcəyi azməskunlaşdırılan ərazilər üçün qrantı da xatırladıb. Hər il təxminən 40 əczaxanaya kənd yerində subsidiyalar verilir.

 

Əczaxanaların derequlyasiyası 2009 ildə əlçatanlığın artırılması məqsədilə baş verib, lakin onlar ərazi baxımından qeyri-bərabər yerləşib və əczaxanaların sıxlığı ilə bağlı məqsədli göstərici mövcud deyil.

 

“Əczaxana bazarlarının fəaliyyətinin müxtəlif tənzimləmə üsulları mövcuddur. İsveçdə, mahiyyətcə, şirkətlərə bütün ölkə üzrə kök salmağa imkan verən bazar hökm sürür”, – deyə Ako Ankarberg Yohansson vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?