İsti günlərdə başağrısının səbəbləri açıqlandı

By Admin Tem 9, 2023

Yay aylarında bəzi insanlar ilin digər vaxtlarına nisbətən daha tez-tez baş ağrıları keçirə bilərlər.

Rusiyalı nevroloq, epileptoloq və tibb elmləri doktoru Vasili Generalov bunun səbəbləri barədə danışıb.

Həkimin sözlərinə görə, istidə başağrısının bir mümkün səbəbi bədənin susuzlaşmasıdır.

“Susuzluq və bol tərləmə baş ağrılarına səbəb ola bilər. Qanın tərkibində də su olur və susuzluq baş verərsə, qırmızı qan hüceyrələri kapilyarlardan keçərkən bir-birinə yapışmağa başlayır, kapilyar səviyyədə oksigen mübadiləsi ləngiyir, toxumaların hipoksiyası baş verir. İsti havalarda, çoxlu su içmək lazımdır”, – deyə Generalov izah edib.

Nevroloq vurğulayıb ki, bir çox insanlar meteohəssasdır və havanın temperaturunun dəyişməsi onlara başağrısı verə bilər. Onun sözlərinə görə, belə hallarda ağrını yüngülləşdirmək üçün spazmı aradan qaldıracaq dərman istifadə etmək olar.

“Həmçinin xüsusi məşqlər də var. Məsələn, evdə birində isti, birində soyuq su olmaqla iki qab qoyun və növbə ilə pəncələrinizi suya salıb təxminən 30 saniyə saxlayın. Bu, cəmi 15 dəqiqə çəkir, lakin bu cür manipulyasiyalardan sonra hava temperaturundakı dəyişikliklərə həssaslığınızı daha da azalda bilərsiniz”, – deyə həkim əlavə edib.

Generalov başağrısına daha bir səbəb kimi təzyiqi göstərib. Onun sözlərinə görə, havanın isti olmasına görə damar genişlənməsi baş verdiyi üçün təzyiq düşə bilər. Belə insanlara tünd çay və ya qəhvə kömək edər.

Generalov narahatlığın digər mümkün səbəbinin vegetativ-damar distoniyası və böyrəküstü vəzi funksiyalarının pozulmasını göstərib, həmçinin venoz qan axını pozulanlarda da problemlər yarandığını deyib.

“Yaxşı olar ki, belə insanlar istidə az olsunlar və həkimlə məsləhətləşib, venotonik dərmanlar qəbul etsinlər”, – deyə nevroloq bildirib.(oxu.az)

BiG.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?