Əsas Xəbərlər
13 Temmuz 2024

İsrail HƏMAS-ın Beyrutdakı qərargahına zərbələr endirib, ölənlər var

By Admin Oca4,2024

İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib.

 

“Report”un məlumatına görə, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir.

 

Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib.

 

Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin dəqiqliyi və çəkisi əsasında zərbələrin pilotsuz təyyarələr deyil, hərbi təyyarələr tərəfindən həyata keçirildiyi qənaətinə gəliblər.

 

HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri gələn kimi qırıcı təyyarələrdən biri binanın damını deşən raketlər atıb. Nəticədə “İzzəddin əl-Qəssam” briqadalarının və radikal “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatının komandirləri də daxil olmaqla 6 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

 

Əl-Aruri HƏMAS-ın İsrailə qarşı bütün təxribat fəaliyyətlərinin hərbi və maliyyə təşkilatçısı olub. O, 2010-cu ildə İsrail həbsxanasından çıxdıqdan və Suriyaya deportasiya edildikdən sonra Tehranla sıx əlaqə saxlayıb. 2017-ci ildə o, HƏMAS siyasi bürosunun rəhbərinin müavini İsmayıl Haniyə seçilib və radikal hərəkatda ikinci olub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?