Əsas Xəbərlər
13 Temmuz 2024

İrlandiyalı ekspert: “Qarabağda yaşayan ermənilərin reinteqrasiyası regionda sülhü təmin edəcək”

By Admin Eyl22,2023

“Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası regionda sülhü təmin edəcək”.

 

Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.

 

Onun sözlərinə görə, Qarabağın erməni sakinlərin Azərbaycanın tamhüquqlu vətəndaşı olması vacibdir.

 

Ekspert vurğulayıb ki, Azərbaycanın onlara digər vətəndaşlarından fərqli davranacağı ilə bağlı təhlükə yoxdur: “Dialoq və qarşılıqlı əlaqə vasitəsilə indi yeni başlanğıc mümkündür. Belə ki, erməni sakinlər tolerant və multikultural dövlətdə yaşamağın onların öyrəşdikləri qapalı cəmiyyətlə müqayisədə böyük üstünlüklərə malik olduğunu başa düşəcəklər”.

 

Politoloqun fikrincə, reinteqrasiya Cənubi Qafqazın bütün xalqları üçün uzunmüddətli sülh, sabitlik və firavanlığı təmin edən yeganə vasitədir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?