İctimai yerlərdə xuliqanlıq törədən şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA

By Admin Şub 3, 2024

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər – Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib. Bəs Azərbaycanda ictimai yerlərdə xuliqanlıq edən və vətəndaşlara zor tətbiq edən şəxsləri hansı cəza gözləyir?

 

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlama verib. Bildirib ki, Azərbaycanda Bakı şəhərində idmançılar tərəfindən ictimai qaydalar kobud şəkildə pozulub:

İctimai yerlərdə xuliqanlıq törədən şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA”Azərbaycan hüquqi dövlətdir. Burada kimsə qanundan, digər insandan üstün ola bilməz. Eyni zamanda yayılan məlumatların doğru olması üçün mümkün qədər araşdırmanı gözləmək lazımdır. Azərbaycanda bir sıra idmançılar tərəfindən ictimai qaydanın kobud şəkildə pozulması və vətəndaşa qarşı xuliqanlıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar gedib. Məsələ ilə bağlı dərhal cinayət işi başlanılıb və araşdırmalar aparılır. Şəxslər barəsində qətimkan tədbiri seçilib. Bir neçəsi barəsində həbs qətimkan tədbiri və bəziləri barəsində isə alternativ qətimkan tədbirləri seçilib. İstənilən şəxsin qanuna zidd əməli mütləq şəkildə məsuliyyət yaratmalıdır. Burada xuliqanlıq hərəkətindən söhbət gedir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə, xuliqanlıq ayrıca bir cinayət maddəsi, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aiddir”.

 

Xəyal Bəşirovun deyib ki, ictimai təhlükəsizlik əleyhinə cinayətlərdən biri də xuliqanlıqdır və 221-ci maddə ilə məsuliyyət yaradır:

 

“Yəni ictimai qaydanı kobud şəkildə pozan, açıq şəkildə hörmətsizlik ifadə edən, başqa şəxslərin sağlamlığı və əmlakı üzərində zor tətbiq edən və bu hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə ağırlaşdırıcı məqam kimi nəzərdə tutulur. 1 ilə qədər müddətədək islah işləri və 3 ilədək müddətə ictimai işlər, eyni zamanda 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da bildirim ki, araşdırma nəticəsində müəyyən oluna bilər ki, bu xuliqanlıq hərəkətləri nəticəsində, xuliqanlıq hərəkətləri etdikləri vətəndaşın sağlamlığına da zərər vura bilərlər. Buda ayrıca maddə ilə tənzimlənir və insan və sağlamlıq əleyhinə olan cinayətlər bölməsinə aiddir. Orada bir neçə cinayət ehtimalı ola bilər. Şəxsin sağlamlığına yüngül zərər vurma, az ağır zərər vurma yaxud ağır zərər vurma cinayətləri törədilə bilər. Bu cinayətlər nəticəsində törədilən hərəkətlər ayrıca məsuliyyət yaradır. Yüngül sağlamlığa zərər vurmağa görə 1 ilədək müddətə cəza nəzərdə tutulur. Az ağır 2 il müddətə və ağır zərər vurmağa gorəb isə 3-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Yəni ictimai qaydanı kobud şəkildə pozan, açıq şəkildə hörmətsizlik ifadə edən, başqa şəxslərin sağlamlığı və əmlakı üzərində zor tətbiq edən və bu hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə ağırlaşdırıcı məqam kimi nəzərdə tutulur. 1 ilə qədər müddətədək islah işləri və 3 ilədək müddətə ictimai işlər, eyni zamanda 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da bildirim ki, araşdırma nəticəsində müəyyən oluna bilər ki, bu xuliqanlıq hərəkətləri nəticəsində, xuliqanlıq hərəkətləri etdikləri vətəndaşın sağlamlığına da zərər vura bilərlər. Buda ayrıca maddə ilə tənzimlənir və insan və sağlamlıq əleyhinə olan cinayətlər bölməsinə aiddir. Orada bir neçə cinayət ehtimalı ola bilər. Şəxsin sağlamlığına yüngül zərər vurma, az ağır zərər vurma yaxud ağır zərər vurma cinayətləri törədilə bilər. Bu cinayətlər nəticəsində törədilən hərəkətlər ayrıca məsuliyyət yaradır. Yüngül sağlamlığa zərər vurmağa görə 1 ilədək müddətə cəza nəzərdə tutulur. Az ağır 2 il müddətə və ağır zərər vurmağa gorəb isə 3-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

 

Xəyal Bəşirovun sözlərinə görə, məsələ ilə bağlı bir sıra məqamlara fokuslanmaq lazımdır:

 

“Hüquqi dövlətdə kimliyindən asılı olmayaraq, cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Atdığı addımlara görə və uğurlarına görə, dövlətimizə verdiyi töhfələrə görə mükafatlandırma ilə paralel olaraq, atdığı qanunsuz addımlarına görə də şəxslər mütləq şəkildə ədalətli münasibət görməlidirlər ki, cəmiyyətdə bərabərlik pozulmasın. Bu amillərin nəzərə almaq lazımdır. Eyni zamanda onu da gözləmək lazımdır ki, ədalətli araşdırma aparılsın və şəxslərin bu əməllərinə Azərbaycan Respublikasının ədalət mühakiməsi tərəfindən layiqli münasibət sərgilənsin”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?