İçərişəhərdə Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.
Bu barədə “Report”a “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Fotoqrafiya Evində təşkil olunan sərgidə məşhur gürcü rəssamı, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur.
Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.
Sərgi dekabrın 22-dək ziyarətçilər üçün açıq olacaq.