Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə “Report”a İnstitutdan bildirilib.

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə keçirilən tədbiri Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev açıq elan edib. Elmi konfransın əhəmiyyəti barədə danışan alim Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb, bu il çərçivəsində həm AMEA-da, həm də ölkənin digər elmi müəssisə və təşkilatlarında Ulu Öndərin xatirəsinə həsr olunan çoxsaylı tədbirlərin təşkil olunduğunu, görkəmli dövlət xadiminin həyatı və zəngin fəaliyyətinin müxtəlif aspektlərdən təhlil edildiyini deyib.

Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Liderin ötən əsrin II yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli kompüter elmlərinin, İKT-nin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, istehsal müəssisələrinin yaradılması istiqamətində gördüyü işlərlə bağlı il ərzində müxtəlif elmi-populyar materiallar hazırlanıb, müəyyən tədbirlər həyata keçirilib.

AMEA-nın vitse-prezidenti Ulu Öndərin Azərbaycanda informasiya cəmiyyətinin, eləcə də informasiya-kommunikasiya sənayesinin formalaşdırılması və inkişafında rolundan bəhs edib: “Onun həyata keçirdiyi fəaliyyətin tarixi nöqteyi-nəzərdən sistemli tədqiq edilməsi, bu istiqamətdə dolğun biliklərin əldə olunmasına böyük ehtiyac var. Artıq bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu və Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində tədqiqatlara başlanılıb.

R.Əliquliyev Ümummilli Liderin Azərbaycanda informasiya cəmiyyətinin əsasının qoyulması, informatika sahəsində kadrların yetişdirilməsi, ölkəmizdə kosmik sənayenin formalaşması, müvafiq sahə üzrə elm-təhsil mərkəzlərinin, istehsal müəssisələrinin yaradılması, o cümlədən elmi məktəblərin əsasının qoyulmasında əvəzsiz xidmətləri olduğunu qeyd edib. O, müstəqilliyimizin ilk illərində məhz H.Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, ölkənin qlobal elektron informasiya məkanına inteqrasiyası və İKT sənayesinin inkişafı istiqamətində əməli addımların atıldığını, müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?