“Heydər Əliyev İli” çərçivəsində Cənubi Koreyada növbəti tədbir keçirilib

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinə məxsus İncəsənət zalında gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət “Diplomatiya incəsənəti” adlı sərgi açılıb.

 

AZƏRTAC xəbər verir ki, Yonqsan bələdiyyəsi və Azərbaycanda fəaliyyət göstərən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq əsasında ərsəyə gəlmiş və noyabrın 18-dək davam edəcək sərgi Cənubi Koreyadakı səfirliyimizin “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi növbəti tədbirdir.

 

Sərginin açılış mərasimində çıxış edən Koreya Respublikasındakı səfirimiz Ramin Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixində əvəzolunmaz yerindən bəhs edib. Ölkəmizi vaxtilə çox çətin vəziyyətdən çıxarmağa nail olmuş Heydər Əliyevin vətənpərvərliyi, dəmir iradəsi və uzaqgörənliyi hesabına Azərbaycanın böyük tərəqqiyə nail olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edib.

 

Səfir Azərbaycanın multikulturalizm ənənələri və dini tolerantlıq mühiti, eləcə də mədəni zənginliyi və rəngarəngliyindən danışıb, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işləri qeyd edib.

 

Yonqsan bələdiyyəsinin müdir müavini Kim Sun-su Azərbaycanla mədəniyyət sahəsində mövcud əməkdaşlıqdan danışıb. O, azərbaycanlı rəssamların əsrarəngiz əsərlərinin Yonqsan İncəsənət Zalında sərgilənməsinin Koreya ictimaiyyətinin Azərbaycan incəsənəti ilə yaxından tanış olması üçün yaxşı imkan olduğunu bildirib.

 

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev rəhbərlik etdiyi təsisatın fəaliyyəti, xarici ölkələrdə keçirdiyi sərgilər və mədəni diplomatiyada incəsənətin rolu barədə danışıb.

 

Sərgidə gənc azərbaycanlı rəssamlar Aydan Məmmədova, Sevil Kərimova, Fatimə Əliyeva, Pərvanə Əhmədova, Nərmin Bağırova, Nərgiz Əhmədova, Banu Davalı və Riad Baxşəliyevin əsərləri nümayiş olunur.

 

Sərginin açılışında Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev və Kamran Kərimov, eləcə də tarzən Rüstəm Müslümov və xanəndə Səbinə Ərəblinin ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Ziyafətlə davam edən tədbirdə Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, bu ölkənin mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?