Hakimi vuran türkiyəli klub prezidenti: “Nə etdiyimi xatırlamıram”

Türkiyə Superliqasının XV turunun “Rizəspor”la ev matçından sonra baş hakim Halil Umut Meleri vuran “Ankaragücü”nün prezidenti Faruk Koca açıqlama verib.

 

“Report”un məlumatına görə, 59 yaşlı funksioner məsələ ilə bağlı “Beyaz TV”yə danışıb.

 

O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: “Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”.

 

Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?