Hakan Fidan bu gün yunanıstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşəcək.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.

“Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim atmosferi davam etdirəcək addımlar atıla bilər”, – məlumatda qeyd olunub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?