Güclü yağış Oğuzda ciddi fəsadlar törədib

0

Güclü yağış Oğuz rayonunda fəsadlar törədib

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.

Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.

Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?