Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib

Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib.

“Report”un yerli bürosu məlumat verir ki, şəhərin Nizami küçəsində iri gövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb.

Şəhərin 20-ci məhəllə adlanan ərazisində isə şam ağacı işıq dirəyinin üstünə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Çerkassi küçəsində də fəsad törədib. Belə ki, iri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.

Hadisələrin baş verdiyi ərazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehalsat Birliyinin Yaşıllaşdırma idarəsinini əməkdaşları cəlb edilib, ağaclar doğranaraq ərazidən daşınıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?