Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

By Admin May 31, 2023

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxması nəticəsində 1994-cü il təvəllüdlü Şəfa Quluzadə və 1993-cü il təvəllüdlü Novruz Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?