Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıb – YENİLƏNİB-3

By Admin Haz26,2024

İyunun 26-da saat 16 radələrin Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Report”a Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.

Gəncədə törədilən qətlin təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.

M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovun bıçaqlamaqda da şübhəli bilinir.

Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin digər xəstəxanasına çatdırılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və 1979-cu il təvəllüdlü İ.Hüseynova bıçaqlanıb.

İ.Hüseynova dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?