Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb

Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil Şah İsmayıl Xətai prospektində idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş.Qurbanovun boyun fəqərələri, E.Saqidinin isə qabırğaları sınıb. Hər iki şəxsin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?