“Fermerlər inqilabı” – Makron Fransasının çöküşü sürətlənir – ŞƏRH

By Admin Şub 5, 2024

 

Müstəqil xarici siyasət yürüdən ölkələrin hədəfə alınması, xaos və qarşıdurma yaratmaq müasir Fransanın prioritetləri sırasındadır. Emmanuel Makron prezident seçiləndən sonra bu xətt özünü daha qabarıq büruzə verib. Ermənistanla Azərbaycan arasında yaşanan münaqişədə Parisin bu siyasəti özünü daha aydın göstərib. Qarabağı azad etməklə separatizmə son qoyan Bakıya qarşı total hücumların da başında məhz Yelisey sarayı dayanır, birtərəfli qaydada İrəvana dəstək verməklə yanaşı, onu silahlandırır, sülh prosesinə maneə yaradır. Lakin deyir, sən saydığını say, gör fransız fermerləri nə sayır. E.Makronun yarıtmaz siyasəti özünü tək xarici deyil, daxili siyasətdə də büruzə verməyə başlayıb. Fermerlərin Almaniyadan start götürən genişmiqyaslı aksiyaları sürətlə Avropanın bir çox ölkələrinə, o cümlədən Fransaya da keçib.

 

Afrikadakı müstəmləkələrindən biabırcasına qovulan Yelisey sarayı ciddi sınaqla üzləşib. Xaricdən gətirilən ucuz ərzağa etiraz edən fermerlər Paris də daxil olmaqla, iri şəhərlərdə həyatı iflic ediblər. Aksiyalarda vergilərin mütəmadi artırılması və enerji daşıyıcılarının qiymətlərinin qaldırılmasına da etirazlar səslənir. E.Makron hakimiyyətinin ən qorxduğu hal etirazların inqilaba çevrilməsidir. Təsadüfi deyil ki, baş verənlər “fermerlər inqilabı” adlandırılır.

 

 

Fransa Kənd Təsərrüfatı İttifaqının rəhbəri Arno Russonun səsləndirdiyi fikirlər də təhlükənin pik həddə olduğunu təsdiqləyir. Onun fikrincə, baş verənlər narazılığın pik həddidir. “Ucuz idxal yerli istehsalçılara ciddi zərbə vurub, onlar müflis olmaq təhlükəsi ilə üzləşiblər. Bura yanacağın qiymətinin qaldırılması və vergilərin artırılmasını da daxil edə bilərik. Fermerlər sadəcə rəqabətə davan gətirə bilmirlər. Hökumət hara baxır? Verdikləri bəyanatlardan belə çıxır ki, Fransanın problemləri onlar üçün yaddır. Məsələn, bu yaxınlarda Baş nazir təyin edilən Qabriel Attalın çıxışları onun reallıqdan uzaq olduğunu göstərir”. Bütün bunlar məsələnin ciddiliyindən xəbər verir. Etirazçılar açıq deyirlər ki, onlarla bağlı olan qanunları kənd təsərrüfatından xəbəri olmayan kostyumlu məmurlar deyil, fermerlərin içindən çıxan və aqrar sahəyə bələd olan şəxslər hazırlamalıdır. Narazılığın kökündə həm də Makronun yanlış siyasəti durur. Prezident və komandası hesab edib ki, Ukraynadan ixracın artırılması əsas olmalıdır. Bununla da yerli istehsalçıları zərbə altına salıb. Fermerlər subsidiyaların məhdudlaşdırılması da bura daxildir

 

Əvvəla, Afrikadakı müstəmləkələrindən biabırcasına qovulan E.Makron daha bir problemi öz adına yaza bilər. Görünən odur ki, dünyanın bir çox ölkələrində qarşıdurma yaratmaqda ittiham olunan Yelisey sarayı qazdığı quyuya düşür. Ən əsası baş verənlər yayda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində ölkə üçün ciddi sınağa çevrilib. Aksiyalar mütəmadi hal alarsa, oyunların təxirə düşə biləcəyi təhlükəsi artır.

 

 

İkincisi, Fransa rəsmiləri öz çıxış və hərəkətləri ilə aksiyaları gücləndirirlər. Etirazlarçıları da ən çox özündən onların populist və pafoslu çıxışlarıdır. Prezident Emmanuel Makronun etirazlara etinasızlığı da onları qəzəbləndirib. Məsələn, Makron fermerlərin çıxışlarına reaksiya vermək əvəzinə, İsveçə yollanıb. Bununla da demək istəyib ki, qlobal məsələlər onun üçün daha əhəmiyyətlidir, daxili xaos güclənsə də olar.

 

Üçüncüsü, etiraz dalğası Fransa, eləcə də, Almaniyada kəskin daxili siyasi böhranlara gətirib çıxara bilər. Bu baxımdan Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə Rusiyaya rəğbət bəsləyən daha çox deputatın mandat almaq təhlükəsi var. Artıq Fransada Rusiyaya qarşı sanksiyalara qoşulmamaq çağırışları artıb.

 

 

Fransadaxil bir çox ölkələrdə fermerlərin aksiyaları bütövlükdə Avropa İttifaqının çöküşünü sürətləndirə bilər. Necə deyərlər, Aİ-nin uzun illərdir fəxr etdiyi “aqrar sosializm” ideyası fiasko ilə nəticələnir. Almaniya, Fransa, Belçika, Hollandiya, İtaliya, Polşa, Yunanıstan, Portuqaliyada fermerlər təşkilatın “yaşıl” gündəliyinə, yüksək vergilərə, artan xərclərə və onların nöqteyi-nəzərindən xarici kənd təsərrüfatı istehsalçılarının haqsız rəqabətinə qarşı çıxırlar. Baş verənlər Fransanın sosial partlayışın astanasında dayandığını da göstərib. Fermerlərin səbir kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Əminliklə deyə bilərik ki, Avropa sürətlə yoxsulluğa yuvarlanır, qitə ölkələri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər.

 

Beləliklə, fermerlərin ilk baxışda adi görünən etirazları yaxın bir neçə ayda Fransanın iqtisadi yox, həm də siyasi həyatını köklü şəkildə dəyişə bilər. Artıq bir çoxları ölkədə baş verənləri 1787-ci il Böyük Fransa inqilabı günlərini xatırlatdığını bildirirlər. O zaman da Fransa iqtisadiyyatının tam tənəzzülü iqtisadi böhrana çevrildi və nəticədə inqilab baş verdi. Nəticədə də mütləq monarxiya devrildi. Makron Fransasında da 200 il əvvəl yaşananların təkrar oluna biləcəyi ehtimalı günbəgün artır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?