Fərqli insanların bir-biri ilə yaxşı anlaşması mifi yalan çıxdı

By Admin Eyl 6, 2023

 

Fərqli insanların bir-biri ilə yaxşı anlaşması mifi yalan çıxdı

Fərqli xarakterə sahib insanların bir-biri ilə yaxşı anlaşması ilə bağlı geniş yayılmış mifin doğru olmadığı üzə çıxıb.
Metbuat.az “BBC”yə istinadən bildirir ki, bununla bağlı Kolorado Universitetində araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə görə, ailələrin əksəriyyətində qadın və kişi eyni xarakter və xasiyyətə malik şəxslərdir. Təxminən 100 min evli cütlüyün incələnməsi ilə əldə olunan nəticələrə görə, cütlüklərin 82 faiz özəllikləri bir-biri ilə eyni olub. Burada əsasən siyasi baxış, dini görüşlər, narkotik maddə istifadəsi və seksə başlama yaşı kimi xüsusiyyətlər nəzərə alınıb.

Araşdırmaçılara görə, ekstrovert və introvert insanların bir-biri ilə yaxşı anlaşdığı fikri də yalandır. İncələnən cütlükləri 82-89 faizində bu özəllik eyni olub. Sadəcə 3 faizində fərqlilik göstərib.

Cütlüklərdə əksər hallarda siyasi və dini görüşlərin, təhsil səviyyəsinin və İQ-nün eyni olduğu qeyd edilir. Həmçinin siqaret çəkənlər, aşırı spirtli içki içənlər və heç içməyənlər də özləri kimi insanlarla münasibət qururlar. Boy, çəki, xəstəlik və psixoloji özəlliklərin isə cütlüklərdə fərqlilik göstərdiyi üzə çıxıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?