Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsindən təxribat törədib. Burada əsas diqqət çəkən məqam isə təxribatı Qafan rayonu istiqamətindən törətməsidir. Eyni zamanda, baş nazir Nikol Paşinyan bu təxribatdan sonra əsassız olaraq bəyanatlar yaymağa başlayıb. Anklav kəndlərimizin verilməsi ilə başlı danışıqların getdiyi bir vaxtda Ermənistan niyə məhz təxribatı Qafan rayonu istiqamətindən törətdi?
Məsələ ilə bağlı politoloq Tural ismayılov Sonxeber.az-a bildirib ki, Baş verən hadisələr gözlənilən idi. Aydındır ki, Ermənistan əsla bölgədə sülhün olmağını istəmir:
“Ermənistanın havadarları bölgədə daim gərginlik atmosferinin qalmasını istəyirlər. Bu kontekstdə gərginliyin davam etməsi üçün bu tip təxribatlar edir. Artıq Qafan istiqamətində Azərbaycan sərhədiçisinə qarşı tuşlanan təxribat Ermənistanda hadisələrə ağıl və məntiqlə yanaşacaq, sülhə töhfə verəcək hansısa bir yanaşma demək olar ki yoxdur. Bütün imkanlar tükənib. Əslində Qafan istiqamətində baş verən son gadisə artıq Ermənistanın Azərbaycan ilə sülh prosesindən yayınmağa çalışdığını növbəti dəfə nümayiş etdirmiş oldu. O cümlədən Nikol Paşinyanın verdiyi bəyanatlar onu göstərir ki, Fransa və müxtəlif üçüncü tərəflər Azərbaycan və Ermənistan arasında hansısa bir normal münasibətlərin olmağını istəmir”.
Politoloqun sözlərinə görə, Azərbaycanın sülhpərvər mövqeyini baltalamaq üçün Nikol Paşinyandan oyuncaq kimi istifadə edilir:
“Bütün bunlar da Paşinyanın ölkəmiz əleyhinə böhranlarına və yalanlarına səbəb olur. Amma istənilən halda düşünmürəm ki, bütün bu təxribatların fonunda ciddi bir sakitlik olsun. Ermənistan münasibətlərin ən yaxşı olduğu vaxtda belə Azərbaycan əleyhinə təxribatlarını bir an olsun belə dayandırmır. Bütün bunlar bölgədə gərginlik havasını artırır. Vəziyyətin ciddiləşməyinə, ölkələrarası münasibətlərin pozulmağına səbəb olur. Hər halda bu gərginlikdən ən böyük itirən tərəf birmənalı şəkildə Ermənistan olacaq”.