“Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır” – Professor açıqladı

By Admin Haz 20, 2023

“Ermənistan ikiüzlülüyünə görə Türkiyədən lazım olan cavabı alır. Görünən budur ki, şərti yerinə yetirilməyənə qədər Türkiyə Ermənistana hava məkanını açmayacaq”.

Milli.Az report-a istinadən xəbər verir ki,  bunu Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsi tarix kafedrasının müdiri, Azərbaycan professor İbrahim Ethem Atnur bildirib.

“Nemezis” terror təşkilatı üzvlərinin xatirəsinə İrəvanda abidə ucaldılmasından sonra Türkiyənin sərt reaksiya verərək Ermənistana hava məkanını bağlamasını şərh edən professor dövlətini bu qərarında haqlı hesab edir: “Nemezis” terror təşkilatının üzvləri 1920-22-ci illərdə Azərbaycandan Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Həsən bəy Ağayev, Türkiyədən Tələt paşa, Camal Azmi bəy, Said Halim Paşa və digər dövlət adamlarını vəhşiliklə qətlə yetiriblər. Ermənistan belə terrorçuların şərəfinə İrəvanda abidə ucaltmasından sonra Türkiyə əlbəttə hava məkanını Ermənistan üçün bağlamalı idi”.

Professor deyib ki, o dönəmlərdə “demokratiya”nı müdafiə edən dövlətlərin gözü önündə bu qətliamları törədənlər heç bir cəza almayıb: “İnsanlıq tarixinə qara ləkə olaraq keçən bu hadisələrin iştirakçılarının bir neçəsi İstanbulda və ya Berlində guya mühakimə ediliblər və sonradan bəraət alıblar. Bu terror təşkilatının davamçısı olan ASALA da dövlət adamlarımıza qarşı terror hərəkətlərini davam etdirib. Ona görə də “Nemezis” də, ASALA da Türkiyənin yaddaşında çox kirli və qanlı yeri olan təşkilatlar kimi qalıb”.

Professor hesab edir ki, Qafqazda sülhün bərpası üçün atılan addımların əleyhinə hərəkət etməklə, Ermənistan əslində ilk növbədə özünə qarşı çıxır.

Qeyd edək ki, aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidə ucaldıqdan sonra Türkiyənin hava məkanı Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçuşları üçün bağlanıb.

Milli.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?